ONN İnformasiya Agentliyi

Yıldırımdan hərbi çevrilişlə bağlı AÇIQLAMA

Yıldırımdan hərbi çevrilişlə bağlı AÇIQLAMA
22 Fevral 2020 - 10:36

Bu günlərdə yenə hərbi qiyamla bağlı söz-söhbətlər gəzir. Bu şayiələri yaymaq ölkənin gələcəyinə xəyanətdir.

ONN media xəbər verir ki, bunu Türkiyənin sabiq baş naziri Binəli Yıldırım deyib.

“Bunu ağlından keçirənlər 15 iyul gecəsini yaddan çıxarmasın. Ağıllı olun. Bu millət həmin gecə ay-ulduzlu bayrağın endirilməsinə icazə vermədi. İndi də alçaq FETÖ terror təşkilatı çevrilişə cəhd etmək istəyənlərin əhvalını yüksəltmək üçün belə şayiələr ortaya atır. Heç vaxt bu kimi insanlara etibar etməyəcəyik. Onlar ağıllarını başlarına toplamasa, bu millət yenə lazım olan cavabı verəcək”, – B.Yıldırım bildirib.

Qeyd edək ki, bir müddətdir Türkiyədə hərbi çevrilişə cəhd ediləcəyi barədə şayiələr gəzir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png