ONN İnformasiya Agentliyi

Yunan fermerlər etiraza başladı

Yunan fermerlər etiraza başladı
04 Fevral 2024 - 19:43

Yunan fermerlər etiraz aksiyasında Saloniki-Mudania magistral yolunu traktorlarla bağlayıblar.

ONN media xəbər verir ki, bu barədə Yunanıstanın ERT telekanalı məlumat yayıb.

Etirazlar şənbə günü, fevralın 3-də on minlərlə insanın iştirak etdiyi ölkənin ən böyük sənaye sərgisi olan “Aqrotika”da başlayıb. Salonikidə keçirilən aksiya zamanı fermerlər yollara şabalıd və alma ilə dolu yeşiklər atıblar. Kənd təsərrüfatında vəziyyətin yaxşılaşdırılması üçün hökumətin təklif etdiyi təşəbbüslər isə fermerləri qane etməyib.

Baş nazir Kiriakos Miçotakis may ayından sentyabr ayına qədər fermerlər üçün elektrik enerjisinin dəyərinin 10 faiz azaldılacağını, dövlətə məxsus elektrik şirkəti PPC-yə olan borcun bir hissəsinin silinəcəyini və 87 milyon avro borcun hissə-hissə ödəniləcəyini açıqlayıb. Bundan əlavə, hakimiyyət kənd təsərrüfatında elektrik enerjisinə olan ehtiyacın ödənilməsi üçün günəş panellərindən ibarət parkların tikintisinə subsidiya verəcək.

Fermerlər isə mübarizəni davam etdirmək niyyətində olduqlarını bəyan ediblər. Onlar bildiriblər ki, Nazirlər Kabinetinin başçısının kənd təsərrüfatına dəstək barədə bəyanatları əsas tələblərə cavab vermir. Yunan fermerləri fevralın 5-dən blokadanın koordinasiyalı şəkildə idarə olunması yolları barədə müzakirə aparacaqlar.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png