Yunanıstanda güclü zəlzələ oldu

Yunanıstan sahillərində 4,8 bal gücündə zəlzələ olub.

ONN media xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentri Kranidion şəhərindən 17 kilometr cənub-qərbdə, 5 kilometr dərinlikdə yerləşib. Tələfat və dağıntılar barədə məlumat yoxdur.