ONN MEDİA

Yupiter Yerə maksimum yaxınlaşdı

Yupiter Yerə maksimum yaxınlaşdı
12 İyun 2019 - 11:20

Qaz nəhəngi Yupiter Yerə maksimum məsafədə yaxınlaşıb.

ONN media xəbər verir ki, bu barədə NASA-dan bildirilib.

Məlumata görə, qarşıdakı bir neçə gecə ərzində planetimizin sakinləri adı gözlə Yupiteri müşahidə etmək imkanına sahib olacaqlar. Hazırda Günəş sisteminin ən nəhəng planeti olan Yupiter Yerdən 640 milyon kilometr məsafədə dayanıb. Bu məsafə iki səma cisminin arasında mümkün olan ən yaxın məsafədir. İnsanlar bu günlərdə yalnız Yupiteri deyil, onun peyklərini də müşahibə edə biləcəklər.

Qeyd edək ki, sözügedən fenomen hər il təkrarlanır. Yupiter Günəş boyunca bir xətt üzrə hərəkət edən zaman onun üzərində əks olunan işıq planeti parlaq obyektə çevirir.

OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png