ONN İnformasiya Agentliyi

Zəlzələ ilə bağlı XƏBƏRDARLIQ

Zəlzələ ilə bağlı XƏBƏRDARLIQ
12 Mart 2024 - 8:32

Məşhur türkiyəli mütəxəssis, yerşünas Naci Görür zəlzələ ilə bağlı xəbərdarlıq edib.

ONN media xəbər verir ki, mütəxəssis zəlzələ ilə bağlı fikirlərini sosial media hesabında paylaşıb.

O, Türkiyədə dünən baş verən zəlzələni əsas gətirərək gələcəkdə bölgəni hansı fəlakətlərin gözlədiyinə diqqət çəkib:

“Samsun Taflan sahillərində 4 bal gücündə zəlzələ olub. Bu zəlzələ çox güman ki, sahilə paralel, cənuba doğru uzanan qırılma xətləri ilə əlaqədardır. Ölkəmizin sahilləri müəyyən dərəcədə şimala, dənizə doğru irəliləyir”.

Xatırladaq ki, Türkiyə Fövqəladə Halların İdarə olunması Agentliyinin (AFAD) saytında yer alan məlumata görə, saat 03:10-da episentri Qara dəniz sahillərində olan 4 bal gücündə zəlzələ qeydə alınıb

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png