Zəlzələ oldu-Ölənlər var

Tayvanın Xualyan şəhərində silsilə zəlzələlər nəticəsində 4 nəfər ölüb, 225 nəfər xəsarət alıb.

ONN medianın APA-ya istinadən verdiyi məlumata görə, daha 145 nəfər itkin düşmüş sayılır.

Hazırda 1300 mütəxəssisin iştirakı ilə axtarış-xilasetmə tədbirləri davam etdirilir.