Zəlzələ zamanı ölənlərin sayı 3 minə yaxınlaşır

Türkiyədə ötən gecə baş verən şiddətli zəlzələ nəticəsində ölənlərin sayı 2921 nəfərə yüksəlib.

Bildirilir ki, yeraltı təkanlar zamanı 15834 nəfər xəsarət alıb. Dağılan binaların sayı da 4578-ə çatıb.

Ümumilikdə dağıntılar altından 7840 nəfər xilas edilib.