ONN İnformasiya Agentliyi

Zəlzələlərin Tayvana vurduğu ziyan açıqlandı

Zəlzələlərin Tayvana vurduğu ziyan açıqlandı
03 Aprel 2024 - 15:51

Ən böyük yarımkeçirici istehsalçılarından biri “Tayvan Semiconductor Manufacturing Co.” (TSMC) Tayvanda baş verən zəlzələnin vurduğu ziyanı təxminən 60 milyon dollar qiymətləndirib.

ONN media-nın məlumatına görə, bu barədə “Commercial Times” qəzeti şirkətin mətbuat xidmətinə istinadən yazır.

“TSMC-nin ikinci rübün maliyyə nəticələrinə təsir təxminən 60 milyon dollar olacaq”, – bəyanatda deyilir.

Şirkət həmçinin bəzi fabriklərin ərazisindən işçilərin evakuasiya ediləcəyini və Tayvan boyu tikinti sahələrində işlərin dayandırılacağını, yoxlamadan sonra yenidən başlayacağını qeyd edib.

Xatırladaq ki, aprelin 3-də səhər saatlarında Tayvanda son 25 ilin ən güclü zəlzələsi baş verib. Təbii fəlakət nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb. Yeraltı təkanlar zamanı 736 nəfər isə yaralanıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png