ONN İnformasiya Agentliyi

Zəvvarların diqqətinə – YENİ QADAĞA GƏLDİ

Zəvvarların diqqətinə – YENİ QADAĞA GƏLDİ
23 Noyabr 2017 - 16:38

Səudiyyə Ərəbistanının xarici işlər nazirliyi tərəfindən Kəbədə və Mədinədə yerləşən Məscid-i Peyğəmbər ibadətgahlarını ziyarət edən zəvvarlara çəkiliş etmək qadağan edildi.

ONN media-nın xəbərinə görə, məlumatda qeyd olunur ki, qadağa mətbuat nümayəndələrinə də aiddir. Buna səbəb müxtəlif ölkələrdən olan ziyarətçilərin ibadətgah ətrafında ölkə bayraqlarını tutaraq şəkil çəkdirmələri və bunu sosial şəbəkələrdə paylaşmaları olub.

Məqsəd müqəddəs ziyarətgahlarda təhlükəsizliyi təmin etməkdir. Qanunlara riayət etməyən şəxslərin çəkiliş apardığı qurğular müsadirə ediləcək, özləri isə inzibati qaydada cəzalandırılacaqlar.

ONN İnformasiya Agentliyi
image_printÇap Et

OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png