Zaxarova Paşinyanı ƏLƏ SALDI

Zaxarova Ermənistan baş naziri Nikol Paşinyanı ələ salıb.

ONN media  xəbər verir ki, XİN rəsmisnin Feysbuk sosial şəbəkəsində paylaşdığı foto müzakirə mövzusuna çevrilib.

Zaxarova sosial şəbəkə hesabında İrəvana səfər edən Rusiya Xarici İşlər naziri Sergey Lavrovun və Paşinyanın birgə çəkilmiş fotosunu paylaşıb.

Xanım diplomatın paylaşımındakı “Dramaturgiya” qeydi xüsusilə diqqət çəkib. Zaxarovanın qeydi gülüş obyektinə çevrilib.

Bu, sosial şəbəkənin erməni seqmentinin qəzəbinə səbəb olsa da, rus izləyicilər görüş masasında Rusiya bayrağının qoyulmadığını və bunun sayğısızlıq olduğunu bildiriblər.