Zelenski açıqladı: Müzakirələr aparıldı

Ukrayna Prezidenti Vladimir Zelenski Böyük Britaniyanın Baş naziri Rişi Sunakla müdafiə sahəsində əməkdaşlıq barədə müzakirələr aparıb.

ONN media xəbər verir ki, bu barədə Vladimir Zelenski Teleqram hesabında məlumat yayıb.

“Rişi Sunak ilə gələcək müdafiə sahəsində əməkdaşlıq barədə müzakirələr apardıq. Bu sahədə səylərimizi gücləndirməyə razılaşdıq. Artıq bu istiqamətdə konkret qərarlar var”, – o bildirib.