ONN İnformasiya Agentliyi

Zelenski bu şəxslərə sanksiya tətbiq etdi

Zelenski bu şəxslərə sanksiya tətbiq etdi
15 Yanvar 2023 - 21:15

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya, Ukrayna və Belarus vətəndaşlarına qarşı sanksiya tətbiq edib.

ONN media xəbər verir ki, bu barədə Zelenskinin fərmanında deyilir.

Sanksiya siyahısına 198 Rusiya vətəndaşı, eləcə də Ukrayna və Belarus vətəndaşları daxildir. Onların arasında dövlətə xəyanətdə şübhəli bilinən Viktor Medvedçukun kanallarında işləyən ruspərəst jurnalist Diana Pançenko da var. Pançenkodan başqa, daha 7 Ukrayna vətəndaşı sanksiyalara məruz qalıb.

Həmçinin, sovet və rus rejissoru Andrey Konçalovski, rusiyalı müğənni Yuri Lozaya qarşı da sanksiyalar tətbiq edilib.

Sanksiya siyahısına rusiyalı jurnalist və musiqi tənqidçisi Sergey Sosedov, Donbasda yaralanan bloger, 44 günlük Vətən savaşından erməni yalanları yayması ilə azərbaycanlıların xüsusi nifrətini qazanan Semyon Peqov və Hollivud filmlərinin tərcüməçisi, “Qoblin” kimi tanınan Dmitri Puçkov daxildir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png