ONN MEDİA

Zelenski məmuru iclasdan qovdu: Rədd ol, quldur! – VİDEO

Zelenski məmuru iclasdan qovdu: Rədd ol, quldur! – VİDEO
10 İyul 2019 - 17:33

Ukrayna Prezidenti Vladimir Zelenski Borispolda keçirdiyi görüş zamanı məmuru zaldan qovub.

ONN media xəbər verir ki, iclasın gedişində Borispol Şəhər Şurasının katibi Yaroslav Qodunok spikerin sözünü kəsib. Bu isə Zelenskini əsəbiləşdirib.

Dərhal onun haqqında internetdə araşdırma aparan Zelenski Qodunokun daha öncə məhkumluq həyatı yaşadığını öyrənib. Məlumata görə, katib soyğunçuluq edərək ağır yaralanmaya səbəb olma maddəsi üzrə həbsdə olub.

Bu barədə məlumatı Qodunokun özündən dəqiqləşdirən Zelenski katibi zaldan qovub. “Rədd ol burdan, quldur! Otaqdan çıx. Get gəz. Məni pis eşidirsən?”, – deyə Zelenski Qodunoka deyib.  (baku.vvs)

 

OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png