Zelenski: Putinlə nə danışım ki?!

Vladimir Putin iki ilə yaxındır mənimlə telefonla danışmaqdan yayınıb. İndi mənə rus qoşunlarının Ukrayna ərazisində olduğu bir vaxtda Rusiya Prezidenti ilə nəsə danışmaq çətin olardı.

ONN media xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

Zelenski bildirib ki, Putinin ona deyəcək sözü yoxdur:

“Putin yaxşı bilir ki, onun Ukraynanı güc yolu ilə almaqda israrlı olması danılmazdır. Onda mənimlə nə danışa bilər? Putin bütün qoşunlarını Ukrayna ərazisindən çıxarmayana qədər onunla danışmaq çətindir”.