Zelenski Ukraynaya müharibə elan etdi – ÇİN NƏŞRİ

Ukrayna Prezidenti Vladimir Zelenskinin Krımın deokkupasiyası ilə qərarı Rusiyaya müharibə elan edilməsi anlamına gəlir.

ONN media xəbər verir ki, bu barədə “Asia Tayms” nəşrinin məqaləsində yazılır.

Müəllifin fikrincə, Kiyevin Krımın reinteqrasiyası siyasəti Avrasiya üçün ağır nəticələrə gətirib çıxara bilər.

Üstəlik, Zelenskinin sözügedən qərarı Moskvaya meydan oxuma kimi də dəyərləndirilir.

Həmçinin jurnalist xatırladır ki, Zelenski Donbasda savaşı bitirməyin yeganə yolunun ölkənin NATO tərkibinə daxil olmaqdan keçdiyini söyləmişdi.