ONN İnformasiya Agentliyi

Zelenski və Ərdoğan nəyi müzakirə edəcək?

Zelenski və Ərdoğan nəyi müzakirə edəcək?
07 İyun 2023 - 22:57

Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı ona Kaxovka SES-in bəndinin dağıdılması və suyun ətrafa yayılmasının nəticələrinin aradan qaldırılması üçün tələb olunan şeylərin siyahısını açıqlayıb.

ONN media “Qazeta.ru”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski öz tviter səhifəsində paylaşım edib.

“Fəlakətin nəticələrini aradan qaldırmaq üçün Ukraynanın təcili ehtiyac duyduğu şeylərin siyahısını onlara təqdim etdik”, – Ukrayna dövlət başçısı yazıb.

V.Zelenski deyib ki, o, Ərdoğana Kaxovka SES-in dağıdılmasının humanitar və ekoloji nəticələri və bununla bağlı Zaporojye AES üçün yaranmış risklər barədə də danışıb.

Onun sözlərinə görə, münaqişənin həlli, saxlanılmış Ukrayna vətəndaşlarının, o cümlədən Krım tatarlarının geri qaytarılması, taxıl təşəbbüsünün davam etdirilməsi və genişləndirilməsi məsələlərində Türkiyənin səsi vacibdir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png