Zelenski Xersona getdi

Ukrayna Prezidenti Vladimir Zelenski Xerson vilayətinə gəlib və Kaxovka SES-in partlamasının nəticələrinin aradan qaldırılması ilə bağlı müşavirə keçirib.

ONN media xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisindən məlumat verilib.

Müşavirə zamanı əhalinin təxliyəsi, bəndin dağıdılmasının nəticələrinin aradan qaldırılması, su basmış rayonlara dəstəyin göstərilməsi və zərərin hesablanması müzakirə olunub.