Zelenski Yaponiyada səfərdədir

Ukrayna Prezidenti Vladimir Zelenski mayın 20-də Yaponiyaya səfər edib.

ONN media xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski Teleqram hesabında məlumat yayıb.

“Yaponiya. G7. Ukraynanın tərəfdaşları və dostları ilə mühüm görüşlər. Bizim qələbəmiz üçün artan əməkdaşlıq. Bu gün dünya daha yaxın olacaq”, – Zelenski qeyd edib.

Xatırladaq ki, bu gün Zelenskinin Xirosimada keçirilən G7 sammitində iştirak edəcəyi gözlənilir.