ONN İnformasiya Agentliyi

Zelenskidən Azərbaycanla bağlı VACİB QƏRAR

Zelenskidən Azərbaycanla bağlı VACİB QƏRAR
15 Sentyabr 2020 - 23:55

Ukrayna regional təhlükəsizliyin gücləndirilməsi üçün bir sıra ölkələrlə, o cümlədən Azərbaycanla strateji əməkdaşlığı inkişaf etdirəcək.

ONN media  xəbər verir ki, bu barədə ölkə prezidenti Vladimir Zelenski tərəfindən təsdiq edilmiş “Ukraynanın milli təhlükəsizlik strategiyası Haqqında” sənəddə deyilir.

“Öz milli maraqlarını qorumaq və Ukraynanın regional təhlükəsizliyini gücləndirmək üçün Azərbaycan Respublikası, Gürcüstan, Litva Respublikası, Polşa Respublikası, Türkiyə Respublikası ilə strateji tərəfdaşlıq inkişaf etidirlməlidir”, – sənəddə deyilir.

Sənəddə vurğulanır ki, “dövlətin xarici siyasəti ilk növbədə müstəqilliyin və dövlət suverenliyinin təmin edilməsinə, Ukraynanın ərazi bütövlüyünün bərpasına yönəldilib”.

Ukraynanın milli təhlükəsizlik strategiyası və müdafiəsi ölkə Prezidentinin tapşırığı ilə hazırlanıb. O, milli təhlükəsizlik sahəsində dövlət siyasətinin əsas istiqamətlərini müəyyən edir. / “Report”

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png