Zelenskidən bu ölkə ilə bağlı SƏRT QƏRAR

Ukrayna prezidenti Vladimir Zelenski Rusiya ilə dialoqa getməyəcəyini deyib.

ONN media xəbər verir ki, Ukraynanın dövlət başçısı jurnalistlərin Rusiya ilə danışıqlar aparılacaqmı sualına “Xeyr” deyə cavab verib.

Ukrayna mətbuatının verdiyi məlumata görə, yeni prezident çıxışı zamanı Rusiyanı bir neçə dəfə “təcavüzkar” adlandırıb.

Qeyd edək ki, bundan əvvəl Ukrayna Prezident Administrasiyasının rəhbəri Andrey Boqdan bildirib ki, Vladimir Zelenski Ukrayna ilə Rusiya arasındakı danışıqlar prosesi ilə bağlı referendum keçirə bilər.