ONN İnformasiya Agentliyi

Zelenskinin keçirdiyi press-marafon dünya rekordu qırdı

Zelenskinin keçirdiyi press-marafon dünya rekordu qırdı
10 Oktyabr 2019 - 22:28

Ukrayna Prezidenti Vladimir Zelenskinin oktyabrın 10-da jurnalistlər üçün keçirdiyi press-marafon dünya rekordunu yeniləyib.

ONN media xəbər verir ki, Zelenskinin press-marafonu artıq 9 saatdan çoxdur davam edir.

Saat 18:30-da Ukraynanın Milli Rekordlar Reyestrinin nümayəndəsi press-marafona gələrək V.Zelenskini yeni rekord müəyyənləşdirdiyinə görə təltif edib.

Qeyd edək ki, V.Zelenskinin ilk dəfə keçirdiyi press-marafon səhər saat 10:00-da başlayıb. Bu müddət ərzində jurnalistlərin sualları daha çox ABŞ Prezidenti Donald Trampla telefon danışığı, “Ştaynmayer formulu”nun imzalanması, Donbasda münaqişənin həlli və kadr islahatları ilə bağlı olub.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png