ONN İnformasiya Agentliyi

Zelenskinin Putinlə bağlı şərti nədir?

Zelenskinin Putinlə bağlı şərti nədir?
04 İyul 2022 - 8:40

Ukrayna və bir neçə digər ölkələrin noyabrda keçiriləcək G20 sammitində iştirakı Rusiyanın orada olub-olmamasından asılı olacaq.

ONN media xəbər verir ki, bunu Ukrayna Prezident Vladimir Zelenski bildirib.

“Bu yaxınlarda İndoneziya prezidenti Ukraynaya səfər etdi, biz bu məsələni müzakirə etdik. O, şəxsən mənə G20 toplantısına dəvətnamə təqdim etdi. Biz bu dəvətə görə minnətdarıq, lakin bizim orada iştirakımız Rusiyanın orada olub-olmayacağından asılıdır”, – Zelenski bildirib.

O vurğulayıb ki, Ukraynanın sammitdə iştirakı həm də təhlükəsizlik şəraitindən asılı olacaq.

Qeyd edək ki, təzyiqlərə baxmayaraq, G20 sammitinə ev sahibliyi edəcək İndoneziya Rusiya liderinə dəvət göndərdiyini və bu dəvəti geri çəkməyəcəyini bildirib. Kreml isə iştirakla bağlı dəqiq qərar vermədiyini açıqlayıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png