ONN İnformasiya Agentliyi

Zelinski açıqladı- Ən təhlükəli virus budur

Zelinski açıqladı- Ən təhlükəli virus budur
22 Fevral 2020 - 14:07

Ən təhlükəli virus nifrətdir və bunun da cavabını verəcəklər.

ONN media xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski xalqa çağırışında deyib.

“Vətəndaşlarımızın Çindən Ukraynaya gətirilməsindən dolayı sevincliyik. 2 həftəlik karantin müddəti boyunca sınaqdan keçəcəyik. Yalan xəbərlərə deyil, sağlam, məntiqli düşüncəyə inanacağıq. Unutmayın, ən qorxunc virus nifrətdir. Məqsədli şəkildə xalq arasında panika yaradanların olduğunu bilirik. Cavabını verəcəklər!” – deyə Zelenski bildirib.

Qeyd edək ki, ötən günlərdə Çindən 80-ə yaxın ukraynalı vətənlərinə gətirilmişdi. Onların Noviye Sanjari adlı bölgədə karantinə yerləşdirilməsi yerli əhalinin kəskin narazılığına səbəb olmuşdu.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png