“Zeytun budağı” əməliyyatı: 394 terrorçu zərərsizləşdirilib

Suriyanın Afrin bölgəsində “Zeytun budağı” əməliyyatına başlayan Türkiyə ordusu terrorçulara qarşı döyüşləri, təmizləməni davam etdirirlər.

ONN media-nın Türkiyə mətbuatına istinadən xəbərinə görə, Türkiyə Silahlı Qüvvələri əməliyyatın başlandığı səkkiz gün ərzində 394 yaraqlının neytrallaşdırıldığını açıqlayıb.

Eyni zamanda, məlumatda 340 hədəfin vurulduğu bildirilir.