ONN İnformasiya Agentliyi

4 İyul Məmməd Dəmirçioğlünün doğulduğu gündür

4 İyul Məmməd Dəmirçioğlünün doğulduğu gündür
04 İyul 2022 - 10:10

Unutmayaq, unutdurmayaq.
4 iyul (1951-2015) görkəmli rəssam, şair, heykəltəraş, memar, Azərbaycan Yazıçılar Birliyinin üzvü olmuş Məmməd Dəmirçioğlunun doğulduğu gündür.

Məmməd Dəmirçioğlu 1951-ci ildə Qazax rayonunun Qaymaqlı kəndində anadan olmuşdur. Qaymaqlı kənd məktəbini bitirmişdir. 1970 -ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbinin rəngkarlıq fakültəsinə daxil olub və oranı fərqlənmə diplomu ilə bitirib.

1983-cü ildən 1990-cı ilə qədər Özbəkistanın Nəməngan, Əndican, Səmərqənd və digər şəhərlərində monumentalçı rəssam kimi fəaliyyət göstərmişdir. 1990-cı ildə vətənə qayıtdıqdan sonra Bakı şəhərində fəaliyyət göstərmişdir.

Şeir yazmağa 18-19 yaşlarında başlamışdır. Uzun müddət şeirlərini heç bir mətbuat orqanında dərc etdirməmişdir.

“Dəmirçioğlunu dindir” adlı ilk şeirlər toplumu 2004-cü ildə işıq üzü görmüşdür. “Eşqəm”, “Səhra gülləri” və 2011-ci ildə 60-cı yaşının “Söz-söz açılan göy üzü” kitablarını nəşr etdirmişdir.

Dəmirçioğlu adını ona Ağamalı Sadiq Əfəndi vermişdir. Vaxtilə babaları dəmirçi olmuşlar və yaxşı sənətkar kimi İncə dərəsində, bütün mahalda məşhur idilər. İncə dərəsi elində “Məmməd əmi” və ya “Mamed” təxəllüsləri ilə də tanınmışdır.

Azərbaycan Yazıçılar Birliyinin üzvü olmuşdur.

2015-ci ildə Bakı şəhərində vəfat edib.

Allah rəhmət eləsin.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png