ONN İnformasiya Agentliyi

Aprel döyüşləri haqqında kitab nəşr edildi

Aprel döyüşləri haqqında kitab nəşr edildi
05 Aprel 2021 - 14:26

Dini Qurumlarla İş üzrə Komitəsinin tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi ilə araşdırmaçı jurnalist-publisist Aida Eyvazlı Göytürkün 2016-cı ildə Aprel zəfərini qazanan qəhrəmanlarımıza həsr etdiyi ikicildlik “Qalibiyyət: şahidlər və şəhidlər ” kitabı yenidən işıq üzü görüb.

ONN media  bildirir ki, bu kitab Qələbəmizin ilk qaranquşları olan Aprel Şəhidlərimizə, Aprel Qalibiyyətinə həsr olunub. 2 cilddən ibarət kitabın 1-ci cildi 424 səhifə, ikinci cildi 440 səhifədir.

Kitabda Aprel döyüşlərində həlak olan şəhidlərimizin həyatına dair ətraflı həyat hekayətləri, eləcə də Aprel döyüşlərinin şahidlərinin gözləri ilə gördükləri döyüş səhnələri, Ali Baş Komandan cənab İlham Əliyevin, Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələri və qazilərlə görüşləri yer alıb. Kitabdakı həyat hekayətlərinin içərisində qədim Azərbaycan tarixi, tariximizin məşəqqətli səhifələri, savaş tarixləri, zəfərləri, tarix boyu itirdiyimiz torpaqlar , görkəmli şəxsiyyətlər haqqında dəyərli məlumatlar da mövcuddur.

“Qalibiyyət: şahidlər və şəhidlər ” ikicildliyi Azərbaycan və Türk dünyasının qəhrəmanlıq tarixini özündə əks etdirir.

Kitab Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən şəhid ailələrinə pulsuz hədiyyə ediləcək.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png