ONN İnformasiya Agentliyi

Azərbaycan-Türkiyə münasibətlərinə dair yeni kitab nəşr edildi

Azərbaycan-Türkiyə münasibətlərinə dair yeni kitab nəşr edildi
11 Fevral 2020 - 15:23

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri, fəlsəfə elmləri doktoru Cavid Vəliyevin “Azərbaycan-Türkiyə Strateji Müttəfiqliyi: tarixi və müasir əsasları” adlı kitabı nəşr edilib. Türk dilində olan kitab Türkiyənin “Ötükən” Nəşriyyat evi tərəfindən dərc olunub. Kitabda Azərbaycan-Türkiyə münasibətləri beynəlxalq münasibətlərdə strateji müttəfiqlik anlayışı çərçivəsində təhlil edilir.

Kitabda bugünkü Azərbaycan-Türkiyə strateji müttəfiqlik ideyasının əsaslarının XX əsrin əvvəllərində iki xalqın ziyalıları tərəfindən qoyulduğu qeyd olunur, Azərbaycan yenidən müstəqilliyini əldə etdikdən sonra iki dövlət arasında münasibətlərin mərhələli şəkildə strateji müttəfiqlik səviyyəsinə çatması təhlil edilir. Nəşrdə Azərbaycanın Ümummilli lideri Heydər Əliyev və Türkiyənin mərhum prezidenti Süleyman Dəmirəl dövründə münasibətlərdən xüsusi bəhs olunur. Eyni zamanda Azərbaycan Prezidenti İlham Əliyev ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasındakı dostluq münasibətlərinin iki dövlət arasında strateji müttəfiqlik əlaqələrinin müasir səviyyəyə çatmasına xidmət etdiyi vurğulanır.

Altı fəsil və 390 səhifədən ibarət kitabda hərbi, iqtisadi, enerji və nəqliyyat sahəsində əlaqələr detallı şəkildə təhlil edilib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png