ONN İnformasiya Agentliyi

Azərbaycanlı xanım jurnalist İraqda

Azərbaycanlı xanım jurnalist İraqda
24 Dekabr 2019 - 22:04

Tanınmış jurnalist və təqdiqçı Ağanisə Sultanın “Kərkükdən Bakıya” kitabı işıq üzü görüb.

ONN media xəbər verir ki, müəllifin sayca 4-cü kitabı olan “Kərkükdən Bakıya” İraq-Şam İslam Dövlətinin (İŞİD) anarxiyasına son qoyulduqdan sonra İraqın Bağdad, Ərbil, xüsusilə də turkmanların əzəli torpaqları olan Kərkükdəki soydaşlarımızın bugünkü yaşamına, siyasi, mədəni həyatlarına həsr olunub.

Kitabda Səddam Hüseyn dönəmində turkmanlara qarşı törədilən 1980-ci ilin yanvar soyqırımından, Altınkörpü soyqırımından və digər qanlı repressiyalardan ətraflı bəhs edilir.

Müəllif qələmə aldığı kitabın ərsəyə gəlməsində göstərdikləri dəstəyə və Kərkük səfəri zamanı yüksək qonaqpərvərliyə görə İraq Türkmaneli Partiyasının başqanı Riyaz Sarıkahyaya, Yılmaz Hüseynə və digər soydaşlarımıza minnətdarlığını bildirib.(kult.az)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png