ONN İnformasiya Agentliyi

“Bakı buxtası-20 Yanvar” kitabı nəşr edildi

“Bakı buxtası-20 Yanvar” kitabı nəşr edildi
15 Yanvar 2022 - 11:18

Tanınmış şair-publisist Faiq Balabəylinin “Bakı buxtası-20 Yanvar” adlı yeni kitabı “Elm və Təhsil” nəşriyyatında 1000 tirajla nəşr olunub.

ONN media  xəbər verir ki, bu haqda “Dənizçilərə Sosial Dəstək” İctimai Birliyi məlumat yayıb.

Kitabda 1990-cı ilin yanvar ayının 19-dan 20-nə keçən gecə sovet qoşunlarının Bakı şəhərində dinc sakinlərin qətlə yetirməsinə etiraz olaraq Bakı buxtasına toplaşıb, ölkəmizə edilən hərbi təcavüzün dünya ictimaiyyətinə dəqiq çatdırılmasında mühüm və əsas rolu oynayan Azərbaycan dənizçilərinin misilsiz qəhrəmanlığından bəhs olunur.

Kitabda, həmçinin hadisələrin iştirakçılarının xatirələri, ziyalıların qəhrəman dənizçilərin şücaəti haqdında fikirləri və dənizçilərimiz tərəfindən zamanında qəbul olunan qərarlar əksini tapıb.

Xatırladaq ki, bu kitab Faiq Balabəylinin eyni mövzuya ikinci müraciətidir. Bundan əvvəl 2003-cü ildə “Qanun” nəşriyyatı tərəfindən “Kəsilməyən həyəcan fiti” kitabı dərc olunmuşdu.

Kitabın redaktoru Elnur Nəhməd, tərtib edəni Tural Balabəylidir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png