ONN İnformasiya Agentliyi

Beynəlxalq Buker mükafatının builki qalibi məlum olub

Beynəlxalq Buker mükafatının builki qalibi məlum olub
02 İyun 2021 - 23:52

Beynəlxalq Buker (International Booker Prize) mükafatının builki qalibi açıqlanıb.

Qalib Fransa yazıçısı David Diop olub.

O, “Gecə bütün qanlar qara rəngdədir” romanı ilə fərqlənib. Əsərin ingilis dilinə tərcüməçisi Anna Moşovakisdir.

Qeyd edək ki, 2005-ci ildən təsis olunan Beynəlxalq Buker mükafatı ingilis dilinə tərcümə olunmuş və Böyük Britaniyada çap edilmiş əsərlərə verilir. 50 min funt-sterlinq dəyərində olan mükafat müəllif və tərcüməçi arasında bərabər bölünür.

Mükafatın ilk laureatı albaniyalı yazıçı İsmael Kadare olub.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png