ONN İnformasiya Agentliyi

Bu gün Zəlimxan Yaqubovun doğum günüdür

Bu gün Zəlimxan Yaqubovun doğum günüdür
21 Yanvar 2023 - 10:25

Unutmayaq, unutdurmayaq!

Azərbaycanın xalq şairi, Zəlimxan Yusif oğlu Yaqubov 1950-ci il yanvarın 21-də qədim Türk yurdu Borçalının Bolnisi rayonunun Kəpənəkçi kəndində anadan olub.

1973-cü ildən 1978-ci ilə qədər “Azərkitab” sistemində, “Kitab pasajı” adlı kitab dükanında satıcı, şöbə müdiri, 1975-ci ildən 1985-ci ilə qədər Azərbaycan Könüllü Kitabsevərlər Cəmiyyətində təbliğat şöbəsində redaktor, şöbə müdiri, 1987-ci ildən 1994-cü ilə qədər “Yazıçı” nəşriyyatında poeziya şöbəsində redaktor, şöbə müdiri vəzifələrində çalışıb.

1994-cü ildən Azərbaycan Respublika Prezidenti yanında Əfv Komissiyasının üzvü, 1995-2005-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinin deputatı olub.

İlk şeiri 1966-cı il oktyabrın 4-də, Gürcüstan SSR Bolnisi rayon qəzeti “Qələbə bayrağı”nda dərc edilib.

Məmməd Araz ədəbi mükafatı (1995) ilə, “Şair harayı”, “Vətən yaralar”, “Sizi qınamıram” və “Ziyarətin qəbul olsun” kitabına görə H.Z.Tağıyev adına mükafatla (1995), “Şöhrət” ordeni və Gürcüstan Respublikasının “Şərəf” ordeni ilə təltif olunub.

1983-cü ildən AYB-nin üzvü olub. 2005-ci ildə “Azərbaycanın xalq şairi” fəxri adına layiq görülüb. 2008-ci il avqust ayının 29-da Azərbaycan aşıqlarının V qurultayında Azərbaycan Aşıqlar Birliyinin sədri seçilib.

Allah rəhmət eləsin.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png