ONN İnformasiya Agentliyi

Cavid Zeynallının romanı ikinci dəfə nəşr olundu

Cavid Zeynallının romanı ikinci dəfə nəşr olundu
10 İyun 2021 - 14:07

Yazıçı Cavid Zeynallının “Günəşi gözləyənlər” romanı ikinci dəfə nəşr olunub.

ONN media bildirir ki, bu barədə kult.az-a danışan müəllif bildirib ki, roman “Köhlən” nəşriyyatında dərc edilib.

“Köhlən” nəşriyyatı yeni yaradılıb və çağdaş Azərbaycan ədəbiyyatının nəşri, təbliği ilə bağlı planları çoxdur. Nəşriyyatın rəhbəri Nizami Əlisoy “Günəşi gözləyənlər”i bir müddət əvvəl oxumuşdu. Romanı ikinci dəfə nəşr etməyi təklif etdi. Bu mənim ilk romanımdır və yenidən oxuyanda ciddi redaktəyə ehtiyac hiss elədim. Kitab şənbə günündən etibarən bütün kitab mağazalarında olacaq”, – C.Zeynallı bildirib.

Qeyd edək ki, kitabın redaktorları Əsəd Cahangir və Elnaz Eyvaz, korrektoru Gülər Uğur, mətn tərtibatçısı Yusif Əsgərdir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png