ONN İnformasiya Agentliyi

“Din və Cəza” alman dilində çap edildi

“Din və Cəza” alman dilində çap edildi
24 İyun 2021 - 13:53

Azərbaycanın Əməkdar hüquqşünası, hüquq elmləri doktoru, professor İlham Rəhimovun Rusiyanın Sankt-Peterburq şəhərində rus dilində çap edilmiş “Религия и Наказание” (Din və Cəza) adlı kitabı Almaniyada alman dilinə tərcümə edilib.

ONN media  xəbər verir ki, kitabda dünya dinlərində cinayət və cəza institutunun tədqiqat məsələləri işıqlandırılıb. Həmçinin müəllif tərəfindən dünya dinlərinin ən görkəmli nümayəndələrinin cəza probleminə olan müxtəlif yanaşma və baxışları da araşdırılıb.

Kitab tələbələr, doktorontlar, hüquq ixtisası üzrə ali məktəb müəllimləri, filosoflar, dini konfessiya nümayəndələri, eləcə də cəza problemləri ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Qeyd edək ki, “Din və cəza” kitabı hazırda İngiltərədə ingilis dilində çapdadır. Eyni zamanda, türk dilində də Türkiyədə çap prosesinə hazırlıq gedir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png