ONN İnformasiya Agentliyi

“erməni”- Əhməd Qəşəmoğlunun dilindən

“erməni”- Əhməd Qəşəmoğlunun dilindən
31 Mart 2020 - 17:04

erməni

…mən “erməni” sözünü,

“Ermənistan” sözünü

bir daha hallandırıb,

nifrətlə deyib

qeyzlənmək istəmirəm,

ah -vay eləyib

qəzəblənmək istəmirəm…

varaqlayıb tarixi,

lap elə Nizamini

əzizləmək istəyirəm

ulu Ərmən torpaqlarını,

ulu ərmən sözünü…

“ər” sözü də mənimdi,

“mən” sözü də mənimdi,

mənim öz ulu yurdum,

həm də

öz doğma Ərmənimdi.

bəlkə də,

çox hay-harayçı olduqlarından,

babalarımızın

adını hay qoyduğu haylar,

bir vədə

uzaqlardan qovulan

başı-gözü qanlı,

yazıq-yazıq

aman diləyən haylar,

Ərmənə sığınan haylar,

öz adlarından belə

qorxan, utanan,

onu gizlədən

özünə ərməni deyən haylar

əvvəl

sözümüzü işğal elədilər…

ərəblər gələndə,

aranda yaşayan

xristian albanlar

müsəlman oldu,

Ərməndəki,

dağlardakı albanlar

elə xristian qaldı…

haylara qız verdi, qız aldı…

ruslar gələndə dağıtdılar

albanların kilsələrini,

albanlar

məcbur olub öz yönünü

hay kilsəsinə saldı…

uzun müddət

anlamadılar

bir- birlərinin dillərini…

ürəyi təmiz insanlar

anlamadı

rusun, hayın fellərini…

sözümüzdən sonra,

qanımızı işğal elədi haylar…

çoxumuz çox görmüşük

özünə erməni deyənləri…

kövrələndə,

alban ruhları oyananda,

bəziləri…

söyür, yamanlayır erməniləri…

o zaman dərman kimi

sakitləşdirir onları

Azərbaycan ruhu,

Azərbaycan təranələri…

neçəsini belə anda

Rəşidə, Rübabəyə,

Zeynəbə, ayrısına

qulaq asa -asa

hönkür-hönkür

ağlayan görmüşəm…

mən də züm-zümə edib

elələrinin

göz yaşını silmişəm…

ağlaya-ağlaya

nəğməmizi işğal elədilər…

görürsünüz

necə məhəbbətlə daşıyır

çoxusu hələ də

türk adlarını, soyadlarını?

saxta adın içində

qarışıq qanla,

qarışıq ruhla

hay-küy salandan

sən nə gözləyirsən qardaşım?!

sən nə gözləyirsən,

yaxınım, uzağım, vətəndaşım!

başqasının əlində

çox asan

oyuncaq olur belələri…

onları öz oyununa salır

güclülərin hiylələri…

son ikiyüz ildə,

xəstəlik kimi, bəla kimi

şərdən doğan zat kimi,

parazit kimi

torpağımıza, tariximizə,

taleyimizə daraşdı erməni,

onun-bunun əlində

bir ov tulası olub

ömrümüzə daraşdı erməni…

son ikiyüz ildə, son yüz ildə

neçə dəfə

öz torpağından, öz irmağından,

min illər yaşadığı

babalarımızın ruhu dolaşan

öz doğma oylağından,

aranından, yaylağından

başı-gözü qanlı,

fəryad içində

didərgin düşdü doğmalarımız,

o ellərdə –

cənnət kimi məkanlarda

doğulmadı,

təbiətdən, kainatdan

xeyir-dua almadı

nur dolu övladlarımız….

…1987-də yenə

lazım oldular onlar…

dağıtmaqçün SSRİ-ni…

işə saldılar

daşnak motorlu maşını-

ermənini…

yun paltara

güvə atan kimi

atdılar

sovetlərin canına…

“okey!” -dedilər

neçə-neçə minlərin

axan nahaq qanına,

taleyinə,

didərgin əhvalına…

oyuna düşən ermənilər,

yenə damarlarında

öz fitrətləri

aşan-daşan, şişən ermənilər

Qarabağda

“Arsax”, “miatsum” deyib

yalmandılar ona-buna…

səfeh-səfeh sevindi

buna Kremldə,

Amerikada daşnakdan

Qarabağı satmağa

ləl-cəvahirət beh almış

Raisa Maksimovna1…

elə bildi

oyun quran özüdür,

tezliklə əməl edəcək

verdiyi sözə…

təbəssümlə irişdi

gözünü süzə-süzə….

“Arsax!” deyən anlamadı,

“Arsax” – “Ərsak” deməkdi.

düşdüyü bu oyun

boğazına bir ilgək,

özünə bir kələkdi…

bura Ərsak torpağı,

sən ki təzə gəlmisən,

gəlməyin tarixinə də

abidə yüksəltmisən.

lap elə ərsaksansa,

haylarla nə işin var?

nə oda qalanırsan?

sən kimdən ayrılırsan?

Qarabağda oyunlar

işlədikcə dərinə,

insanlar baxdıqca

Kremlin əməllərinə,

Qorbaçovun

qurduğu oyunlara,

Qarabağdan danışanda

axan gözlərinə,

dolaşan sözlərinə

Bakıda

aləm dəydi bir-birinə…

təşvişə düşdü,

yığışdı orda, burda

qəzetçilər, alimlər,

tələbələr, kəndlilər,

müəllimlər, fəhlələr…

daha kimlər, kimlər…

qorxunun, hürkünün

zəncirini qıraraq,

“Torpaq verilməz!” deyə

hayqıraraq

təlatümə gəldilər.

təlatümə gəldi

başdan-başa Azərbaycan

hər kəsin

üz-gözündə həyacan,

qəlbi dolu qan…

üzdə bizə dost deyən,

həsəd ilə, tamah ilə

siyasət hörükləyən

düşmən ilə arxada

həvirləşib, anlaşıb

torpağımızı işğal elədilər…

millətimin canına,

dünəninə, bu gününə, sabahına

bir qurd kimi daraşan,

yedikcə yoğunlayan,

harınlayan, həyasızlaşan

başı əzilmədikcə

daha quduran, daha qızışan

bu bəlanı

dayandırmaq vaxtıdı!

vətəni, yer üzünü

oyandırmaq,

xeyiri şər əlindən

xilas etmək vaxtıdı!

bura Ərsak torpağı,

sən ki təzə gəlmisən,

gəldiyin məyin tarixə inə də

abidə yüksəltmisən.

lap elə ərsaksansa,

haylarla nə işin var?

nə oda qalanırsan?

sən kimdən ayrılırsan?

təşvişə düşdü,

yığışdı orda, burda

qəzetçilər, alimlər,

tələbələr, kəndlilər,

müəllimlər, fəhlələr…

daha kimlər, kimlər…

qorxunun, hürkünün

zəncirini qıraraq,

“Torpaq verilməz!” deyə

hayqıraraq

təlatümə gəldilər.

təlatümə gəldi

başdan-başa Azərbaycan

hər kəsin

üz-gözündə həyacan,

qəlbi dolu qan…

üzdə bizə dost deyən,

həsəd ilə, tamah ilə

siyasət hörükləyən

düşmən ilə arxada

həvirləşib, anlaşıb

torpağımızı işğal elədilər…

millətimin canına,

dünəninə, bu gününə, sabahına

bir qurd kimi daraşan,

yedikcə yoğunlayan,

harınlayan, həyasızlaşan

bu bəlanı

dayandırmaq vaxtıdı!

getmiş o torpaqları

keçmiş o büsatları

oyandırmaq vaxtıdı!

xeyri şər çaynağından

xilas etmək vaxtıdı!

dünya bilməlidi, bir yeni kabus əsil, düzgün adı sərsəm “hayvirus”. qara nəfəsiylə qol-qanad açır, özünü tanıdır mələk donunda, dolaşır hələlik asta, ahəstə imkan düşən kimi qanlar axıdır, ruhuyla, qəlbiylə bu ağır xəstə… onu bəlalardan xilas edənə arxadan zərbələr vurur, sevinir. bir az da şirnikir əməllərindən, daha qorxunc, tərs virusa çevrilir…

ondan qorunmasa əgər yer üzü, haqqın, ədalətin daha dəhşətlə kor olar gözləri, qırılar dizi.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png