ONN İnformasiya Agentliyi

Nadir Adilmanının kitabı dünyanın nüfuzlu satış platformalarında

Nadir Adilmanının kitabı dünyanın nüfuzlu satış platformalarında
16 Fevral 2021 - 14:19

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə azərbaycanlı müəllif Nadir Adilmanın (Nadir Adilov) “O gələcək?” adlı kitabı fransız dilində çap edilib.

ONN media  xəbər verir ki, Strasburq şəhərində fəaliyyət göstərən “Kəpəz” nəşriyyatı tərəfindən çap olunan kitab Fransa, İsveçrə, Belçika və Lüksemburqun kitab mağazalarında, eləcə də “Amazon”un bütün şəbəkələrində satılmaqdadır. Azərbaycanlı müəllifin kitabının bu cür geniş miqyasda satışa çıxarılması ilk dəfədir.

Ölkəmizin multikultural dəyərlərindən, müxtəlif millətlərin nümayəndlərinin Azərbaycanda sülh şəraitində yaşamasından bəhs edən “O gələcək?” adlı kitabda həm də xalqımızın zəngin mənəvi-əxlaqi dəyərləri barədə də ətraflı danışılır. Kitabın geniş miqyasda yayılması ölkəmizin təbliği və tanıdılması baxımından böyük əhəmiyyət kəsb edir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png