Nadir Qüdrətoğlu – ÖMRÜM-GÜNÜM

ÖMRÜM-GÜNÜM

  • Sən yorğun həyatımın hüzur dolu nəşəsi
  • Sən əlçatmazımsan ən gözəl payımsan ömrüm-günüm
  • Sən illərdir eşqinçün yanan qəlbin təşnəsi
  • Sən sönməyən ulduzum, ayımsan ömrüm-günüm

 

  • Qəlbimdəki arzular sevgimizdən güc alır,
  • Biz daha xoşbəxtlikdən danışırıq ömrüm-günüm
  • Xəyalımda arzular gözlərimdə canlanır,
  • Şükür ki illər sonra qovuşuruq ömrüm-günüm

 

  • Mən Səninlə səadətə inanmışam əzəldən
  • Səninlə mənim dünyam dəyişib ömrüm-günüm
  • Saçlarıma gənc yaşımda düşübsə də bircə ağ dən
  • Ancaq ruhum ruhunla çox gəncləşib ömrüm-günüm

 

  • Mən ən böyük savabı Səni sevməklə etmişəm
  • Yaralanmış qəlbimə məlhəmsən sən ömrüm-günüm
  • Sənmi gec gəldin ömrümə, yoxsa mən gecikmişəm?
  • Daha sən varsan məndən uzaqdı qəm ömrüm-günüm

 

  • Yaxınlaşır şad günümüz tutub zərif əllərini
  • Yol alırıq səadətə həsrət bitir ömrüm-günüm
  • Sənlə yeni yazılır ömrümün hər səhifəsi
  • Neçə ilin hicranı sona yetir ömrüm-günüm

NADİR QÜDRƏTOĞLU