Elşad Mirinin "İslamda yoxdur..." kitabı Qırğızıstanda nəşr edildi

Elşad Mirinin "İslamda yoxdur..." kitabı Qırğızıstanda nəşr edildi


ONN media xəbər verir ki, araşdırmaçı alim Elşad Mirinin yazmış olduğu "İslamda yoxdur..." kitabı Qırğızıstanın paytaxtı Bişkek şəhərində nəşr edilib.

Adıçəkilən kitab oxuculara pulsuz olaraq paylanılır. Kitab “Türkdilli dövlətlərin siyasətinə dəstək fondu”nun prezidenti Nüsrət Məmmədov tərəfindən çap etdirilib. Qeyd edək ki, "İslamda yoxdur..." kitabı böyük oxucu marağına səbəb olduğu üçün yaxın günlərdə İngilis, Rus və Türk dillərindəki tərcümələri də Fond tərəfindən nəşr edilərək müxtəlif ölkələrdə pulsuz yayılacaq. Xatırladaq ki kitabın nəşri İslam dinində fikir ayrılıqlarına son qoymaq məqsədi güdür.

 

Geri qayıt