ONN media

“Qədim Türk yurdu NAXÇIVAN”

“Qədim Türk yurdu NAXÇIVAN”
11 Oktyabr 2019 - 15:12

ONN media xəbər verir ki,  AMEA Mərkəzi Elmi Kitabxanasının dairəvi zalında “Qədim Türk yurdu NAXÇIVAN” kitabının təqdimat mərasimi olmuşdur.

 Kitabda Azərbaycanın ayrılmaz parçası olan Naxçıvanın qədım tarixinə üz tutaraq, tarixin müəyyən zaman kəsimində baş vermiş olayları yada salınir, real faktları araşdırır, yeni fikirlər söyləməyə çalışılır.

Naxçıvanın yaşı min illəri arxada qoyan tarixi abidələrini öyrənməklə əsrlərin o tayından bu günümüzə boylanan gerçəklikləri bir daha ictimaiyyətin diqqətinə çatdırmağı vətəndaşlıq borcu olduğunu bildirilir. Eyni zamanda müəllif naxçıvanlıların müxtəlif dövrlərdə üzləşdikləri tarixi ədalətsizlikləri açıb göstərir, bu torpaqda tarixən məskunlaşan camaatımız haqqında müstəqil duyğular yazılıb. Kitabda erməni məsələsinə geniş yer verilmişdir.

Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına Dövlət dəstəyi şurasının maliyyə yardımı, “Araz” Ziyalılar İctimai Birliyinin “Naxçıvanda erməni cinayətlərinin izi və iddiaları” adlı layihəsi əsasında, oxuculara təqdim olunan bu kitab tarixi, elmi-kütləvi, ədəbi-bədii əsərdir.

 Kitabın elmi redaktoru tarix elmləri doktoru Eynulla Mədətli nəşrin elmi əhəmiyyəti haqqında dinləyicilərə geniş məlumat vermişdir. İştirakçılardan fil.e.doktoru. prof. Əlizadə Əsgərli, fil.e.doktoru. prof. Allahverdi Məmmədli, AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat e.doktoru. prof. Əyyub Quliyev, Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi Mirzə Ənsərli, kitaba rəy verən tarix ü.f. doktoru Kamran İsmayılov, fil.ü.fəlsəfə doktoru, şair Adilə Nəzər, yazıçı Səfər Alışarlı, tarix elmləri doktoru Rüfət Quliyev, kömrük məsələri üzrə Azərbaycanda ilk fəlsəfə doktoru Cabir Həsənov, Azərbaycan Radiosunda şöbə müdirinin müavini Kamil Məhərrəmoğlu, , fil.elmləri doktoru Yaşar Qasımbəyli, fəlsəfə elmləri doktoru Rəfayel Əhmədli, fil.ü.f.doktoru Aynur Cəlilova, Folklor İnstitutunun əməkdaşı Vəfa Saleh, fil.ü.f.doktoru Oruc Əliyev və başqaları çıxış edərək kitabın elmi-tarixi əhəmiyyətindən danışıb müəllifə daha böyük uğurlar arzuladılar.
Tədbirin sonunda  Layihənin rəhbəri və kitabın müəllifi kimi Nizami Muradoğlu iştirakçılara minnətdarlığını bildirdi.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png