ONN İnformasiya Agentliyi

Rəsulzadənin fransızca kitabı tərcümə edildi

Rəsulzadənin fransızca kitabı tərcümə edildi
25 İyun 2019 - 16:08

Azərbaycan Cümhuriyyətinin qurucusu Məhəmmədəmin Rəsulzadənin 1930-cu ildə Parisdə fransız dilində çap edilmiş “Azərbaycan mübarizə yolunda” adlı kitabı ilk dəfə olaraq Azərbaycan dilində nəşr olunub.

ONN media xəbər verir ki, bu barədə məlumatı “Çapar”ın baş redaktoru Dilqəm Əhməd qeyd edib. O bildirib ki, kitabın tərcüməçisi Tural Mehbaliyevdir.

“Rəsulzadənin “Azərbaycan: Müstəqillik üçün mübarizə yolunda” kitabı “Azərbaycan Milli Nəşriyyatı” seriyasının 11-ci kitabıdır. Kitab Parisdə 1930-cu ilin sentyabr ayında nəşr olunub, cəmi 36 səhifədir. Əsər 13 bölmədən ibarətdir. Azərbaycan haqqında ümumi məlumat, ictimai-siyasi, iqtisadi vəziyyət, Cümhüriyyətə gedən yol, rus işğalı, mühacirətdə istiqlal mübarizəsi kimi mövzulardan bəhs edilir.

Parisdə fransızca çap olunduğu üçün həm də çağdaş dünyaya ünvanlanan kitab M.Rəsulzadənin doğumunun 135-ci ildönümünə həsr edilib”, – D.Əhməd qeyd edib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png