ONN MEDİA

Rafael Hüseynovun yeni kitabı – “Millət yaddaşının keşikçisi”

Rafael Hüseynovun yeni kitabı – “Millət yaddaşının keşikçisi”
07 Fevral 2019 - 16:08

AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynovun “Millət yaddaşının keşikçisi” kitabı “Elm və təhsil” nəşriyyatında çapdan çıxıb.

ONN media bildirir ki, kitab Azərbaycan jurnalistikasının görkəmli simalarından biri, publisist, mətnşünas, alim və mətbuat tədqiqatçısı, Əməkdar jurnalist, Bakı Dövlət Universitetinin professoru Şirməmməd Hüseynovun ömür və yaradıcılıq yoluna həsr edilib.

Nəşrdə Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcılarının irsinin araşdırılmasında görkəmli alimin rolundan bəhs olunur. Bildirilir ki, professor Ş.Hüseynov Azərbaycan istiqlal tarixinin qızıl səhifələrini və parlaq şəxsiyyətlərini dərindən öyrənərək bütövlüyü ilə xalqa təqdim etmək yolunda genişmiqyaslı fəaliyyət göstərir. Araşdırmaları və nəşrləri ilə o, Həsən bəy Zərdabi, Məhəmməd Əmin Rəsulzadə, Üzeyir Hacıbəyli, Əlimərdan bəy Topçubaşov, Əhməd bəy Ağayev və digər millət fədailərinin şəxsiyyəti və irsinin daha yaxşı tanınması üçün mötəbər təməllər yaradıb. Cümhuriyyət dövrü parlamentimizin şanlı səhifələrini gələcək nəsillərə çatdıran qiymətli kitabların müəllifi olan professor Ş.Hüseynov elmi axtarış və yaradıcılıq fəaliyyətində ayrı-ayrı fakt, hadisə, problem və şəxsiyyətin barəsində məhz doğruların ortaya qoyulmasına, ictimaiyyətə çatdırılmasına üstünlük verib.

Kitab Azərbaycan elmi və ədəbi mühiti, eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulub. Olaylar.az

image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png