Ramil Əhmədin kitabı Türkiyədə nəşr edildi

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə 2016-cı ildən həyata keçirilən “Azərbaycan Kitabının Dünyaya Tanıdılması” (AKDT) layihəsi çərçivəsində “Azərbaycan Ədəbiyyatı Gənclik Seriyası” üzrə istedadlı gənc şair və yazıçılarımızın Türkiyədə tanıdılması işi davam etdirilir.

Mədəniyyət Nazirliyindən ONN media -ya verilən məlumata görə, layihə üzrə yazar Ramil Əhmədin “Zaman tuneli” adlı kitabı Türkiyə türkcəsində işıq üzü görüb.

Tanınmış şair-tərcüməçi Yurtsevən Şənin türkcəyə çevirdiyi əsər Türkiyənin “Zengin Yayıncılık” nəşriyyatı tərəfindən 5000 tirajla nəşr olunub.