ONN İnformasiya Agentliyi

Şəhidlər – NADİR QÜDRƏTOĞLU

Şəhidlər – NADİR QÜDRƏTOĞLU
06 May 2021 - 11:10

Şəhidlər.

Bu millətə, bu xalqa ən şirin neməti Siz
Zəfər adlı dastanı Siz yazdınız şəhidlər
Bizim hər birimizçün and yeridir zirvəniz
Alnımızdan ləkəni siz pozdunuz şəhidlər

Çoxunun toy düyünü, büsatı yarım qaldı
Neçə arzu diləyiniz heyif öldü şəhidlər
Neçə-neçə övladlar, ailələr başsız qaldı
Vətənini ailədən üstün bildi şəhidlər

Neçə ildi ürəklərdə bir dağ idi Qarabağ
Bu həsrəti vüsala yetirdiniz şəhidlər
İndi sevinc içində şad-xürrəmdir Qarabağ
Siz azadlıq çiçəyi bitirdiniz şəhidlər

Uca Allah buyurub Siz onlara heç zaman
Öldü deməyin əsla, sağdı ruhən şəhidlər
Qəhrəmanlıq adınız, bir dastandı ömrünüz
Sizə görə varıq biz, var bu vətən şəhidlər

Sizi nurlu dünyaya bəxş eyləyən ananın
Baş əyirik önündə biz hər zaman şəhidlər
Onların gözlərindən axan qanlı yaşlara
Qurbandı  ürəyimiz qurbandı can şəhidlər

Əldə qələm, gözdə yaş, tab gətirmir misralar
Sizin igiddiyiniz sığmaz sözə şəhidlər
İnşəAllah bu zəfərlə qaysaq bağlar yaralar
Unutmaz heç vaxt bu xalq, tarix Sizi şəhidlər

NADİR QÜDRƏTOĞLU

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png