ONN İnformasiya Agentliyi

Şahlar Göytürk – YERİNƏ

Şahlar Göytürk – YERİNƏ
02 Oktyabr 2021 - 12:03

YERİNƏ

  • Məni bağışlasın bu ana dilim,
  • Deyirlər “Şimal” de “Quzey” yerinə.
  • Palaza bürünüb mən də o gündən
  • “Cənub” söyləyirəm “Güney” yerinə.
  • Ortaya natamam, həm də tam dedik,
  • Əyriyə düz dedik, düzə xam dedik.
  • Gah “Baş üstə!” dedik, gah “Tamam!” dedik,
  • Bilmədik nə deyək “Okey!” yerinə.
  • Yaxşıca dil tökdük, ovutduq sözü,
  • Keçmədi boğazdan, çox udduq sözü.
  • Cəh-cəh vuran yerdə unutduq sözü,
  • Axırda “zad” dedik, o “şey” yerinə.
  • Qəm sevincə, sevinc qəmə qarışdı,
  • Bilmədik barışdır, yoxsa savaşdır.
  • Gözümüz öyrəşdi, qulaq alışdı,
  • Əcəb “şaxsey” dedik “vaxsey!” yerinə.
  • Dedilər, “danışma, otur yerində!”,
  • Çox da həqiqət var dediklərində!
  • Şahlar, qorxuram ki, günün birində
  • “Dost-doğma” deyələr “ögey” yerinə.

Şahlar Göytürk

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png