ONN İnformasiya Agentliyi

Şair Oruc Şahbuzlunun şeirləri

Şair Oruc Şahbuzlunun şeirləri
17 Aprel 2019 - 11:00

A MƏMMƏD

Nursulusan, qədim Zəngəzurlu sən!
Xan Arazsan, bu torpağın oğlu sən!
Ulu türksən, Dədə Qorqud soylu sən
Yurd-yuvadan , kənddən yazdın a Məmməd.

Haqsızlığın iniltisi, ahı sən!
Söz mülkündə əl çatmayan zirvə sən!
Əbədisən, unudulmaz dahi sən!
Cəmiyyətdən, fərddən yazdın, a Məmməd.

Bu dünyanın etibarın bilən sən!
Sənin, mənim, heç kimsənin deyən sən!
Mamır olub qayasında bitən sən!
Sal qayadan, sərtdən yazdln a Məmməd

Qələminlə zərrə-zərrə qazdın sən!
Tapıntılar, nəsihətlər yazdın sən!
Sevənlərin yaddaşında qaldın sən!
Əzab çəkdin, haqdan yazdın, a Məmməd

Oruc deyər, qılıncımın gücü sən!
O tay, bu tay, bütöv Azərbaycan sən!
Millətimin qorxmaz şair oğlu sən!
İgidlərdən, mərddən yazdın, a Məmməd.

 

XATİRƏ İLLƏRİM

Doğum günün mübarəkdir deməyin,
Ürəyim kövrəlir, gözlərim dolur
Dərk edib sonunu, deyib gülməyin.
Sevincim dəyişir kədərim olur

Yaş ötdükcə yaman yaşlaşır insan
Cavanlıq gücünü itirir insan.
Doğmalar azalır, yadlaşır insan
Çiçəyim saralır, güllərim solur.

Çaşqınlıq sellənir ağlıma axır,
Tanlşlar dayanıb üzümə baxır
Az qalır adım da yadımdan çıxır
Düşüncəm kortalmış yaddaşım olur.

Gözəl günlərimiz arxada qalır,
Oruc qəhərlənir, xəyala dalır
Ötüb keçənləri yadına salır
Yaşamım xatirə illərim olur.

 

ULU TÜRKÜN BAYRAĞI

Yaşıl rəngi- “fəsil-kitab”, əhliyəm,
Mavi rənği- ədalətdə bəlliyəm.
Qırmızı rəng-mübarizəm, güclüyəm
Üç rənğlidir ulu türkün bayrağı.

Uca tutub, soyum-köküm babalar
Əllərində zirvələrə qalxdılar
Bilməlidir hər bir övlad, balalar
Ər gücüdür ulu türkün bayrağı.

Çox millətlə yaşayırıq bərabər;
Dost olmuşuq tariximdə xoş xəbər.
Çatdirarıq daşnaqlara vay xəbər,
Haqq yoludur ulu tütkün bayrağı.

Mən Orucam, qollarımda qüvvətim,
Dayanıbdır arxamızda
dövlətim.
Zəfər çalaq, sarsılmasın millətim,
Gur cəngidir ulu türkün bayrağı.

 

ZƏNGƏZUR

Şad olmaram, dağlar məndən küsərsə
Sağım-solum Çomərd, o üz Ərəfsə,
Qovuşarıq, ömür vəfa verərsə,
Ulu türkün mahalısan, Zəngəzur.

Gündoğanda min illərin hörgüsü,
Qədim qala, Xudafərin körpüsü.
Sönüb ocaq, kəsilibdir tüstüsü,
Abidələr diyarısan, Zəngəzur.

Günbatanda məhşurlaşıb isti su,
Buz bulaqda diş üşüdür, həmin su.
Qaçqın elin indi içir lilli su,
Dağ çayının saf suyusan, Zəngəzur.

Əkilməyir, kəsək olub torpağın,
Gəlib-getmir, azalıbdır qonağın.
Eşidilmir, tar-kamanla muğamın,
Yurdumuzun gur səsisən, Zəngəzur.

Ayrı düşdük, nigaranıq zirvədən,
Mərhum olduq, yağılarla gör nədən,
Sevinmərik, qanı-qanla silmədən,
Yaylaqların yaylağısan, Zəngəzur.

Didərginik, günahkarıq özümüz,
Atəşkəslə səngərlərdir önümüz.
Ağlar qaldıq, həsrət çəkir gözümüz,
Zəfər zəngi, cəngimizsən, Zəngəzur.

Oruc deyər, inləyirsən tapdaqda,
Becərmirik, tikan bitib torpaqda.
Döyüşərik, ordumuzdur qabaqda,
Dədələrin oylağısan, Zəngəzur.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png