ONN İnformasiya Agentliyi

Şuşa məni gözləyir… – Rəşad ŞAHİN yazır

Şuşa məni gözləyir… – Rəşad ŞAHİN yazır
04 İyun 2022 - 10:02

     Hazırlaşın 10 günə İnşaAllah Şuşaya gedirik. Bu sözləri atam deyəndə çox sevinmişdim. Fikirləşin 7 yaşlı bir uşaq adını eşitdiyi, valideyinlərinin ağız dolusu danışdığı, nənəsinin babasının mədh etdiyi bir şəhərə gedəcək. Həyəcanlanırdım, vaxtın keçməyini səbirsizliklə gözləyirdim.

     1989-cu ildə dayım Rusiya ərazisində hərbi xidmətdə idi. O dövrdə artıq ermənilərlə problemlər başlamışdı. Bu səbəbdən dayımı Rusiyadan gətirmək lazım gəldi və atam ora gedəsi oldu.

     İnanmaq çətin olar. Bəlkə də bu bir uşağın xəyal gücünün məhsuludur. Düşünürdüm, gecələr yerimə girəndə xəyallar qururdum. Xəyallarımda Şuşada gəzirdim. Elə fikirləşirdim ki, mənim həyacanlandığım kimi Şuşa da həyəcanlanır. Şuşada həyəcanla məni gözləyir. Necə ki mən ora getməyi gözləyirəm.

     Amma alınmadı. Atamın Rusiyaya səfəri bizim istəyimizi ürəyimizdə qoydu. Sonra müharibə başladı, atam hərbi xidmətə getdi. Şuşa mənfur düşmənlərimiz tərəfindən işğal olundu.

     Artıq böyümüşəm. 40 yaşım var. Şuşa artıq azaddır. Allahıma şükürlər olsun ki, ölmədən inşallah Şuşanı görəcəyəm. Mən hələ də 7 yaşlı oğlanın düşündüyünü düşünürəm ki, Şuşa məni gözləyir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png