ONN İnformasiya Agentliyi

“ŞUŞA” -Nadir Qüdrətoğlu

“ŞUŞA” -Nadir Qüdrətoğlu
16 İyun 2022 - 12:26

ONN media istedadlı gənc şair Nadir Qüdrətoğlunun “ŞUŞA” şeirini sizə təqdim edir.

Gəldim görüşünə müqəddəs torpaq
Mən Sənin hüsnünə vuruldum Şuşa
Gör neçə illərdir qalmışdıq uzaq
Öpüb torpağına sarıldım Şuşa


Gözlərimdə qəhər, könlümdə sevinc
Həsrətin gözünü dəlmişdim Şuşa
Sənin torpağında sənin yurdunda,
Dünyaya yenidən gəlmişdim Şuşa


Dağlar lay-lay deyir, göz oxşayırdı
Ruhum bədənimdən uçurdu Şuşa
İlhamım çağlayır, aşıb-daşırdı
Xoşbəxtlik arxamca qaçırdı Şuşa


Allah hər nemətdən pay verib sənə
Ən gözəl tərifə layiqsən Şuşa
Lalələr yaraşır məğrur sinənə
Sən zəfər çalmısan qalibsən Şuşa


Nadirin pas atmış susqun könlünə
Sən işıq salmısan lap əvvəl Şuşa
Darıxma gələcəm nə vaxtsa yenə
Mən sənin qoynuna ay gözəl Şuşa

Nadir Qüdrətoğlu

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png