ONN İnformasiya Agentliyi

Şuşada ucalan bayrağımızın sevincini qazax şairi belə ərz etdi

Şuşada ucalan bayrağımızın sevincini qazax şairi belə ərz etdi
09 Noyabr 2020 - 10:45

Şuşada ucalan bayrağımızın sevincini qazax şairi belə ərz etdi:
Sayat Kamşıger

MÜZƏFFƏR OL, AZƏRBAYCAN ƏSGƏRİ!!!
Dörd bir dünya sənə baxır Qarabağ!
O torpağın ürəyində qara dağ!
Azad etsə Azərbaycan əsgəri!
Məlhəm olar yaramıza, Qarabağ!
Hansı güllə, şərqilərlə bəzəyim,
Qədim türkün bu gülüstan diyarın.
Oğlu-qızı ruh alıb o torpaqdan
Ucaldacaq ədalətin bayrağın!
İrəli get, gül açsın o torpaqlar,
Sən olmasan tərlan yurdun sar alar.
Harayına yetiş ulu ruhların,
Yoxsa Bağın həsrət bağrı saralar.
Dua etdim, əl açdım ki, Tanrıya,
Şir gücü ver Azərbaycan oğluna!
O əsgər ki, həyatından keçərək,
Sahib çıxdı darda qalan yurduna!
Sən könlümə nəfəs qədər yaxınım,
Ər türklərin uca Şuşa qalası.
Eşidirsən gələn ayaq səsini,
Özüm alım o əsgərin qadasın.
Hər qədəmi gülüstana döndərər,
İrəli dur həqiqətin simsarı.
Ulu yoldan dönmə geri, irəli!
Müzəffər ol, Azərbaycan əsgəri!

Azərbaycan dilinə uyğunlaşdırdı: Aida Eyvazlı.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png