ONN İnformasiya Agentliyi

Təbrizə – CAVİD İSMAYIL (ŞEİR)

Təbrizə – CAVİD İSMAYIL (ŞEİR)
14 Dekabr 2020 - 11:05

Təbrizə

Bu gecə yuxumda səni görmüşəm.

Tarix yazan küçələrini, narahat görmüşəm.

Babəkin, Xətainin qayğılı ruhunu, Sənin ətrafında dolanan görmüşəm.

Ayrılığın nə olduğunu yaşayan bilər,

Qəlbi Vətən deyib sızlayan bilər.

Bu gecə Şah Nadirin narahat ruhunu

Zülmət çökmüş küçələrində seyrdə görmüşəm.

Mən bu taydayam deyə, sanma xəbərsizəm

Ağlasan ağlaram, gülsən gülərəm.

Sən üşüdüyün an, inan, məndə üşüyürəm

Mən bu gecə səni məğrur görmüşəm.

Hər qaranlıq gecənin bir işıqlı gündüzü var

Tanrının bir bildiyi, min hikməti var.

Bu gecə mərd oğullarının Bəzz qalasında

Mən Türkəm! hayqıraraq zəfərini görmüşəm.

Cavid İsmayıl (Əjdəroğlu)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png