ONN İnformasiya Agentliyi

Türkiyədə Əhməd Cavadla bağlı kitab nəşr olunub

Türkiyədə Əhməd Cavadla bağlı kitab nəşr olunub
24 Oktyabr 2022 - 16:13

Türkiyənin Dənizli şəhərində yeni fəaliyyətə başlayan “Yaşıl Kayın Yayınları” mətbəəsi Azərbaycanın istiqlal şairi Əhməd Cavad haqqında kitab nəşr edib.

Mətbəənin rəhbəri Səməd Öndərin ONN media-ya verdiyi məlumata görə, kitab mətbəənin ilk nəşridir.

“Oyan” adlı kitabda mərhum şairin şeirləri Anadolu türkcəsinə çevrilərək dərc olunub.

Kitab Səməd Öndər və Məleykə Karateke tərəfindən hazırlanıb. Səməd Öndərin sözlərinə görə, kitab artıq bütün kitab mağazalarında satışda var. Eyni zamanda kitabı internet üzərindən də sifariş etmək mümkündür.

Xatırladaq ki, Türkiyədə iki dəfədir Əhməd Cavadla bağlı belə bir kitab dərc edilir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png