Safurə oğlunun ad gününü belə qeyd etdi – FOTOLAR

Türkiyədə yaşayan “Avroviziya-2010” təmsilçimiz Safurə Əliyeva oğlu İskəndər Əliyevin doğum gününü qeyd edib.

ONN media xəbər verir ki, Safurə Əliyeva oğlunun fotosunu İnstaqramda paylaşaraq “Bizim əziz oğlumuz, məhəbbətimiz! Sənə can sağlığı və xoşbəxtlik arzu edirəm. Səni sevirik” şərhini yazıb

Qeyd edək ki, Safurə Əliyeva mərhum energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevlə ailəlidir. Cütlüyün üç övladı var.